Şriftin ölçüsü :

Saytın rəngi :

Bahar Əliyeva və Rəna İsmayılovadan, Bakı şəhəri Binəqədi rayonu, 13 fevral 2020-ci il

  Bahar Əliyeva və Rəna İsmayılovadan, Bakı şəhəri Binəqədi rayonu, 13 fevral 2020-ci il
Möhtərəm cənab Prezident.

Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində Azərbaycanda hüquqi dövlətin dayaqları gündən-günə daha da möhkəmlənir. Bu gün ölkəmizdə demokratik dəyərlər və prinsiplər ən ümdə mövqe tutur. İnsanların söz və fikir azadlığı, sərbəst seçib-seçilmək hüquqları təmin edilib.

Bir neçə gün bundan əvvəl keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycanın azad və demokratik ölkə olduğunu bir daha nümayiş etdirdi. Biz öz ailə üzvlərimizlə birlikdə qeydiyyatda olduğumuz məntəqəyə gedərək Milli Məclisə layiq bildiyimiz namizədimizə səs verdik. Seçki prosesindən və yaradılan şəraitdən razı qaldıq.

Cənab Prezident, vətənimiz Azərbaycanın sıravi sakinləri olaraq ölkəmizdə həyata keçirilən şəffaf və demokratik seçkilərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz həm indiki, həm də gələcək nəslin hüquqlarının və firavan həyatının qarantısınız.

Allah Sizi daim uca etsin.

Hörmətlə,

Əliyeva Bahar İsmayıl qızı

İsmayılova Rəna İsmayıl qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.  
Keçidlər