Şriftin ölçüsü :

Saytın rəngi :

Emiliya İbrahimovadan, Bakı şəhəri Binəqədi rayonu, 19 fevral 2020-ci il

 

Emiliya İbrahimovadan, Bakı şəhəri Binəqədi rayonu, 19 fevral 2020-ci il 
 
Salam, hörmətli Prezidentimiz.

Biz Sizin çıxışınızı çox böyük qürur hissi ilə izlədik. Sizin ingilis dilində sanki öz ana dilində danışırsınız kimi fikirlərinizi söyləməyiniz, bütöv bir Azərbaycan xalqının demək istədiklərini belə mükəmməl şəkildə ifadə etməyiniz bir Azərbaycan gənci olaraq məni və mənim timsalımda bütün Sizin ətrafınızda sıx birləşən vətənpərvər, yurdunu, Vətənini, Prezidentini sevən və onun arxasında olan gəncləri çox sevindirdi. Belə uğurlarınız bol olsun. Bütün dünya bilsin ki, Dağlıq Qarabağ bizim olub, bizimdir, bizim də olacaq.

Hörmətlə,

İbrahimova Emiliya

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər