Hasil Tağıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 13 aprel 2020-ci il
Hasil Tağıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 13 aprel 2020-ci il
Hörmətli cənab Prezident
Biz, bir qrup QHT nümayəndələri Sizin koronavirus pandemiyası ilə əlaqədar verdiyiniz bütün sərəncam və göstərişlərdən məmnunluğumuzu bildiririk. Bu gün həyatı iflic vəziyyətə salan pandemiya bütün dünyanı düşündürür. Sizin tərəfinizdən əvvəlcədən görülən işlər nəticəsində Azərbaycanda infeksiyanın miqyası başqa ölkələrlə müqayisədə o qədər də genişlənməyib.
Cənab Prezident, biz hər zaman Sizin uğurlu və uzaqgörən siyasətinizi dəstəkləyirik, bütün vəziyyətlərdə Sizin yanınızdayıq. Ulu Tanrı Sizi qorusun. Biz Sizə inanır və güvənirik. Koronavirus dövründə bütün tövsiyə və məsləhətləriniz bizə qayğınızın təzahürüdür. Yalnız qaydalara əməl etmək, birlik nümayiş etdirmək sayəsində biz bu bəlaya qalib gələ bilərik.
Bir qrup QHT nümayəndələri adından dərin hörmətlə,
Tağıyev Hasil Feyruz oğlu, “Qayıdış” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.