Şriftin ölçüsü :

Saytın rəngi :

Murad Məmməddən, Bakı şəhəri Binəqədi rayonu, 21 aprel 2020-ci il

Murad Məmməddən, Bakı şəhəri Binəqədi rayonu, 21 aprel 2020-ci il
 
Hörmətli İlham Heydər oğlu.

Mən Sizə və Sizin ailənizə, ölkə üçün bu çətin vaxtlarda Sizinlə bərabər, vətəndaşların sağlamlığını düşünən hər kəsə təşəkkürlərimi bildirirəm. Sizin ölkəmizin rifahı naminə gecə-gündüz çalışdığınızı gördükdə göz yaşlarımı saxlaya bilmirəm. Mən və anam Sizə və yaxınlarınıza xoşbəxtlik və cansağlığı arzulayırıq. Sizə sonsuz təşəkkürümü bildirirəm.

Cənab Prezident, xalq Sizin gördüyünüz işləri dəyərləndirir. Sadə insanlar Sizin üçün dua edirlər. Mən gözəl şəhərimizə, gözoxşayan parklara görə də Sizə dərin təşəkkürümü bildirirəm.

Bakıda aparılan işlərə görə çox xoşbəxtəm. Bu, Sizi və Sizin siyasətinizi dəstəkləyən xalqı birləşdirir. İnanıram ki, vaxt gələcək, ölkənin və gənc nəslin rifahı naminə Sizin fədakar əməyinizi dəyərləndirməyənlər öz səhvlərini başa düşəcək və dost əlini Sizə uzadacaqlar. Xeyir daim Şərə qalib gəlir. Siz mərhəmətli, müdrik, geniş qəlbə sahib insansınız. Allah Sizi qorusun.

Sizə böyük hörmətlə,

Murad Məmməd İlyas oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər