Şriftin ölçüsü :

Saytın rəngi :

Qənirə Sultanova və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 23 aprel 2020-ci il

Qənirə Sultanova və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 23 aprel 2020-ci il
 
Möhtərəm cənab Prezident.

Hazırda, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsinə, xalqın sağlamlığının qorunması istiqamətində həyata keçirilən operativ tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hamı kimi, biz – Binəqədi rayon təhsil sistemi işçiləri, müəllimlər, tələbə və şagirdlər də Sizin daimi diqqət və qayğınızı öz üzərimizdə hiss edir, karantin rejimi qaydalarına riayət edirik. Karantin dövrünün təhsil prosesinə təsirinin miqyasını azaltmaq, şagirdlərin proqramdan geridə qalmasının qarşısını almaq məqsədilə onlayn dərs layihələrini həyata keçirir, şagirdlərə proqram mövzularını bacardığımız qədər mənimsətməyə çalışırıq.

Bu gün bütün dünyadakı böhran vəziyyətinə baxmayaraq, Sizin sayənizdə ölkəmizin heç bir vətəndaşı ruhdan düşmür, gələcəyə inamla baxır. Bütün bunlar xalqın Sizə olan etibarından, inamından qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticələrini verəcəkdir.

Görülən tədbirlərə və bu çətin dövrdə xalqımıza dayaq olduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
 
 
Hörmətlə,
Binəqədi rayon, N.Babayev adına 144 nömrəli tam orta məktəbin kollektivi adından

Sultanova Qənirə - məktəbin direktoru,

Aslanova Vəsmiyyə - Həmkarlar Təşkilatının sədri

Mirzəliyeva Kəmalə - təlim-tərbiyə işləri üzrə direktor müavini və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

 

Keçidlər