Tərlan Orucovdan, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il
Tərlan Orucovdan, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il
Möhtərəm cənab Prezident.
Sizi “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi adından salamlayırıq. Dünyanı sarsıtmış koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən işlərə, xüsusən səhiyyəmizə və vətəndaşlarımızın sağlamlığına göstərilən diqqətə görə kollektivimizin bütün üzvləri adından Sizə minnətdarlığımızı bildiririk. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarlarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir.
Cənab Prezident, Sizin və Mehriban xanımın bu dar gündə xalqımıza verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Allah Təala Sizi və ailənizi qorusun.
Hörmətlə,
Orucov Tərlan İsmayıl oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu