Tural Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il
Tural Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il
Möhtərəm cənab Prezident.
Hazırda bütün dünya koronovirus pandemiyasından əziyyət çəkir. Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə nəzarətdə saxlamağınızın nəticəsidir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının siyahısında ölüm hallarının sayına görə son pillələrdədir. Ən müasir tələblərə uyğun səhiyyə ocaqlarında yaradılmış şəraitdən xəstələrin və tibb işçilərimizin razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz ilə biz bu xəstəlikdən tezliklə xilas olacağıq. Bunu da vurğulamalıyam ki, Koronavirusla Mübarizəyə Dəstək Fondun yaradılması ilə Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına diqqət və qayğı Sizin üçün ən önəmli amillərdəndir. Bunu deyə bilərəm ki, Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir, güvənir və hörmət bəsləyir. İnanıram ki, Azərbaycan xalqı dövlətimizlə birlikdə bu virusa qalib gələcək.
Cənab Prezident, Allahdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Əliyev Tural İntiqam oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.