Şriftin ölçüsü :

Saytın rəngi :

Xədicə Salmanovadan, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il

Xədicə Salmanovadan, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il
 
Hörmətli cənab Prezident.

Bu məktubu yazmağımın başlıca səbəbi Sizə minnətdarlığımı bildirməkdir. Mən Texniki Humanitar liseyin 7-ci sinif şagirdiyəm. Əlbəttə ki, hazırda məktəbimdən uzaq qaldığım üçün kədərliyəm. Lakin bunun bizi qorumaq və sağlamlığımızı təhlükə altına atmamaq üçün görülən tədbirlərdən biri olduğunu da bilirəm. Həm də onu bilirəm ki, hazırkı vəziyyətin öhdəsindən gəlmək üçün bir olmalıyıq. Özümüzü və digər insanları qorumaq üçün qaydalara riayət etməliyik. Gərək olmadıqca evdən çıxmamalıyıq. Heç kimin gözləmədiyi bir anda bu virus ortaya çıxdı. Kimi bu həyəcan təbilini duymadı, kimisi də duymağına baxmayaraq laqeyd yanaşdı. Siz isə sərhədləri bağladınız, ölkəmizdə dezinfeksiya işləri gördürdünüz, məktəblərin, restoranların, mağazaların, bağçaların bir müddət dayandırılmasına qərar verdiniz. Xalqımızın sağlamlığını, rifahını düşündünüz. Yaşlılarımızın evdə qalması üçün onlara dəstək oldunuz.

Mənim nənəmin 84 yaşı var. O gündə 5 dəfə namaz qılır. Hər namaz üstündə Sizə, ailənizə və xalqımızın tezliklə bu virusa qalib gəlməyi üçün dua edir. İnanır və ümid edirəm ki, bu virusa qalib gələcəyik. Ən vacibi də inam və ümid deyilmi?!

Nə qədər kədərlənsək də, əslində bu virusun bizə yaxşı təsirləri də oldu. Bizi bir olmağa, əl-ələ verməyə, bir-birimizə güvənməyə, güclü olmağa təhrik etdi və biz bunları çox yaxşı bacardıq. Bir daha təşəkkürlər.

Hörmətlə,
Salmanova Xədicə Şaban qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər