Həbib İbadov və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 27 aprel 2020-ci il
Həbib İbadov və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 27 aprel 2020-ci il
Hörmətli cənab Ali Baş Komandan.
Sizin imzaladığınız fərman və sərəncamlara, verdiyiniz tapşırıqlara əsasən ölkəmizdə koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısı uğurla alınmaqdadır. Əlbəttə, bu işdə qabaqlayıcı tədbirlər və “Evdə qal!” çağırışı çox mühüm rol oynadı. Xalqımızın sağlamlığını düşünərək verdiyiniz qərarlara görə Sizə minnətdarlığımızı bildiririk.
Həmçinin çox yaxşı haldır ki, bu çətin vaxtda insanlara 190 manat məbləğində birdəfəlik ödəmə verilir. Bu “qara bulud”ların ölkəmizin üzərindən tezliklə yox olmasını, Azərbaycanın yenidən parlaq səma altında tərəqqi yolu ilə getməsini arzulayırıq.
Vətənin, xalqın qayğısına qaldığınız üçün biz Sizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.
Hörmətlə,
İbadov Həbib Amil oğlu
Əsgərov Nizami Nazim oğlu
Abdullayeva Rəsmiyyə Əmir qızı
Muradova Esmira Xanəhməd qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu