Şriftin ölçüsü :

Saytın rəngi :

268 nömrəli xüsusi məktəbin müəllim kollektivindən, Bakı şəhəri Binəqədi rayonu, 28 aprel 2020-ci il

268 nömrəli xüsusi məktəbin müəllim kollektivindən, Bakı şəhəri Binəqədi rayonu, 28 aprel 2020-ci il
 
Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə 268 nömrəli xüsusi məktəbin şagird və müəllim kollektivi Sizə təşəkkürünü bildirir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də təhsildir. Biz müəllimlər Sizin bu sahədə gördüyünüz işlərin real şahidi olduq. 2017-ci ildə məktəbimizi müasir tələblərə cavab verən təhsil ocağına çevirərək təmir etdirib açılışında şəxsən iştirakınız bizə və daim qayğıya ehtiyacı olan şagirdlərimizə nə dərəcədə sevinc bəxş etdiyinizi sözlə ifadə etmək çətindir. Buna görə Sizə minnətdarıq.

Hörmətli cənab Prezident, Sizin və Mehriban xanımın müəllimlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz bütün işlər, atdığınız bütün addımlar təqdirəlayiqdir. Ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə müəllim kollektivi olaraq Sizə öz minnətdarlığımızı bildiririk. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz işlərin miqyası nə qədər böyükdürsə, əhəmiyyəti də o qədər çoxdur. Buna görə xalq Sizi sevir və dəstəkləyir. Vaxtında atdığınız uğurlu addımlar və verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib çıxacağıq. Sizə və ailənizə təşəkkür edirik.

Dərin hörmətlə,
268 nömrəli xüsusi məktəbin müəllim kollektivi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Keçidlər