Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmil Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 aprel 2020-ci il

Cəmil Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 aprel 2020-ci il
 
Möhtərəm cənab Prezident.

2020-ci ildə bəşəriyyət, o cümlədən də doğma Vətənimiz pandemiya təhlükəsi ilə qarşılaşdı. Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, məhz Sizin apardığınız müdrik və uzaqgörən siyasət, həyata keçirdiyiniz mühüm və qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın genişlənməsinin qarşısı alındı. Vətənimiz üçün mürəkkəb dövrdə Siz öz fədakar və yorulmaz fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, lider kimi ölkəmizin hər bir vətəndaşını düşündüyünüzü və daim onların qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqının rifahı və sağlamlığı uğrunda apardığınız möhtəşəm və mühüm fəaliyyətinizə görə Sizə minnətdarlığımı və təşəkkürümü bildirir, müstəqil ölkəmizin nurlu sabahı naminə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövlət vəzifənizin icrasında böyük uğurlar arzulayıram. Ulu Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,
Quliyev Cəmil Elşad oğlu, kinorejissor, kinoşünas.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Keçidlər