Ərşad Mirzəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 aprel 2020-ci il
Ərşad Mirzəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 aprel 2020-ci il
Möhtərəm cənab Prezident.
Koronavirus pandemiyasının dünya miqyasında yaratdığı təhlükəli vəziyyətin Azərbaycan xalqından yan ötməsi üçün qəbul etdiyiniz qərarlar, gördüyünüz tədbirlər onu göstərdi ki, xalqımızın sağlamlığı, təhlükəsizliyi və rifahı Sizin üçün ən vacib məsələdir.
Respublikamızda koronavirusa yoluxanların müalicəsi üçün tikilmiş yeni xəstəxanalar, yaradılmış laboratoriyalar bizi hədsiz sevindirir. Bununla yanaşı aztəminatlı ailələrə sosial yardımın verilməsi, yaranmış vəziyyətlə əlaqədar müəssisələrdə heç bir işçinin işdən azad edilməməsi, işləmədikləri müddətdə onların əməkhaqlarının kəsilmədən ödənilməsi xalqın güzəranının yaxşılaşmasına və onların təhlükəsiz yaşamalarına şərait yaratmışdır.
Xalqımıza verdiyiniz dəyərə görə, Sizə və Mehriban xanıma Qubadlı rayon sakinləri adından və şəxsən öz adımdan təşəkkür edirəm.
Sizə və ailənizə insan üçün ən qiymətli nemət olan cansağlığı və işlərinizdə müvəffəqiyyət arzulayır, “çox sağ olun” deyirəm.
Hörmətlə,
Mirzəyev Ərşad Şamı oğlu
Qubadlı rayonundan məcburi köçkün, şəhid atası
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.