Şriftin ölçüsü :

Saytın rəngi :

Nəzrin Həsənlidən, Bakı şəhəri Binəqədi rayonu, 30 aprel 2020-ci il

Nəzrin Həsənlidən, Bakı şəhəri Binəqədi rayonu, 30 aprel 2020-ci il
 
Hörmətli cənab Prezident.

Hazırda koronavirus pandemiyasının geniş vüsət aldığı bir dövrdə yaşayırıq. Buna baxmayaraq, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi itkilərimizin digər ölkələrlə müqayisədə daha az olmasına gətirib çıxardı. Məhz Sizin göstərdiyiniz səylər nəticəsində bu virusun qarşısı tez bir zamanda alındı. “Evdə qal” çağırışınız, əhalinin daha sıx toplaşdığı məkanların bağlanması, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi bunun sübutudur.

Cənab Prezident, atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki, Siz və Mehriban xanım Əliyeva daim xalqın yanındasınız. Xalqımızın evdə qaldığı müddətdə insanlara göstərdiyiniz maddi və mənəvi dəstəyə, onların rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayırdığınız vəsaitə görə çox sağ olun. Azərbaycan Sizinlə gözəldir, cənab Prezident!

Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük!

Hörmətlə,
Həsənli Nəzrin Pərviz qızı, 7-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər