Anar Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 01 may 2020-ci il
Anar Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 01 may 2020-ci il
Möhtərəm cənab Prezident.
Dünyada geniş şəkildə yayılan koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövlətinin qabaqlayıcı tədbirlər görməsi nəticəsində bu mübarizədən uğurlu nəticə ilə çıxmaqda olduğumuzu söyləyə bilərik. Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha əlverişli olması Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bu, biz iş adamlarını bir vətəndaş kimi ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.
Azərbaycan dövləti və hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların azaldılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsi dövlət tərəfindən ödənilir. Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması nəzərdə tutulur. Dövlətimiz tərəfindən göstərilən bu qayğıdan bəhrələnən müəssisə olaraq Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli cənab Prezident, inanırıq ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız COVID-19 bəlasından qurtulacaq, bu mübarizədə birlikdə güclü olduğumuz sübut olunacaq. Həmrəyliyin qələbə çalacağı ümidi ilə...
“FAB Boya və Kimya Sənayesi” MMC-nin kollektivi adından dərin hörmətlə,
Anar Səfər oğlu Əliyev, şirkətin təsisçisi
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.