Şriftin ölçüsü :

Saytın rəngi :

Pərviz İlyasovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 may 2020-ci il

Pərviz İlyasovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 may 2020-ci il
 
Möhtərəm cənab Prezident

Pandemiyanın aşkarlandığı ilk günlərdə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, bir sıra qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizdə insanların kütləvi şəkildə virusa yoluxmasının qarşısını aldı. Karantin rejimi elan olunduqdan dərhal sonra ölkənin ərzaq təhlükəsizliyini ən vacib məsələlərdən hesab edərək, fermerlərin təsərrüfatlarda maneəsiz çalışmalarına dair dəstək tədbirləriniz biz fermerlərə əlavə güc verdi. Əlbəttə, karantin rejimi ilə əlaqədar olaraq regionlardakı fermerlərimiz mütəmadi olaraq məlumatlandırılır və gigiyena tələblərinə ciddi riayət edirlər. Tərəfinizdən fermerlərə və təsərrüfatlara verilən imtiyazlar, vergi güzəştləri və güzəştli kreditlər bizi daha məsuliyyətli olmağa və ölkəmizin rifahı naminə əzmlə çalışmağa ruhlandırır. Həmçinin kənd təsərrüfatı sisteminin elektronlaşdırılması subsidiya vəsaitlərinin distant olaraq qəbuluna imkan yaradır ki, Azərbaycan fermerləri təsərrüfat işlərinin indiki qızğın zamanında fəaliyyətlərini təxirə salmadan həyata keçirə bilirlər.

Möhtərəm cənab Prezident, ölkəmizin hazırki durumunda biz fermerlərin yanında olduğunuz üçün Sizə təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Azərbaycan fermeri yaranmış çətinliklərə baxmayaraq, bütün çağırışlara hazırdır və epidemiyaya qarşı tədbirləri bitənədək xalqımızı kənd təsərrüfatı məhsulları ilə fasiləsiz olaraq təmin etməyə davam edəcəkdir.

Hörmətlə,

İlyasov Pərviz Əfqan oğlu, Azərbaycan Fermerlər Assosiasiyasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər