Şriftin ölçüsü :

Saytın rəngi :

Şamil Cəfərovdan, Bakı şəhəri Binəqədi rayonu, 02 may 2020-ci il

Şamil Cəfərovdan, Bakı şəhəri Binəqədi rayonu, 02 may 2020-ci il

 

Hörmətli cənab Prezident

Bəşəriyyət bu gün COVID-19 pandemiyası dövrünü yaşayır, dünya ağır sınaq qarşısındadır. Tərəfinizdən vaxtında atılmış qətiyyətli addımlar nəticəsində koronavirusun ciddi fəsadlara yol açmasına imkan verilmir. Biz bilirik ki, Siz daim xalqın yanındasınız, həmişə bizi düşünürsünüz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, zaman göstərdi ki, əgər Siz vaxtında bu tədbirləri görməsəydiniz, indi bizim ölkəmizdə də vəziyyət daha çətin ola bilərdi. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir. Mətbuat işçisi kimi biz Sizi həmişə dəstəkləyir və bilirik ki, rəhbərliyinizlə bütün sınaqlardan zəfərlə çıxdığımız kimi bu sınaqdan da zəfərlə çıxacağıq. Biz birlikdə güclüyük. Xalqımızın fıravanlığı üçün yorulmadan çalışdığına görə, Sizin ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirik.

Hörmətlə,

Cəfərov Şamil

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

 

Keçidlər