Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Nəbiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 03 may 2020-ci il

Əli Nəbiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 03 may 2020-ci il

 

Hörmətli cənab Prezident

Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz. Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir.
Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.

Möhtərəm cənab Prezident, bütün dünyada yayılmış koronavirus pandemiyasının ölkəmizdə də sürətlə yayılmasının qarşısının alınmasına Sizin rəhbərliyinizlə görülən işlər nəticəsində nail ola bilmişik. Bu, yalnız Sizin uzaqgörən siyasətinizin və millətimizə olan qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi. Sizin çevik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu.

İdman sahəsində olduğu kimi, bütün sahələrdə də yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın.

Hörmətlə,

Nəbiyev Əli Elxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər