Şriftin ölçüsü :

Saytın rəngi :

Xanlar İsmayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 may 2020-ci il

Xanlar İsmayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 may 2020-ci il
 
Hörmətli cənab Prezident

COVID-19 pandemiyası ilə əlaqədar xalqımıza göstərdiyiniz diqqət və qayğı, bu bəşəri bəlanın fəsadlarını hiss etməməyimiz üçün gördüyünüz işlərə görə Bir təqaüdçü olaraq Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezidentimiz, belə bir çətin anda Sizin öz xalqınız üçün gördüyünüz işlər bütün dünyaya örnək və istiqamət olmalıdır. Bu işlərinizə görə Sizin adınız tarixə qızıl hərflərlə yazılacaqdır. Belə ki, vaxtında verdiyiniz düzgün qərarlar və gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə virusa yoluxma və xəstəlikdən ölüm hallarının sayı az, sağalma isə çoxdur. Bu statistikaya görə, biz dünyada bəlkə də birinciyik. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri bunu dəfələrlə qeyd ediblər. ÜST rəhbəri səmərəli mübarizəyə görə Sizə minnətdarlığını da bildirib.

Karantin günlərində bütün təqaüdçülər, o cümlədən mən pensiyamızı vaxtından əvvəl aldıq, ehtiyacı olanlara isə dövlətimiz tərəfindən zəruri kömək göstərildi.
Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun və Mərkəzin dəstəyi ilə yaradılan iki yeni xidmətin – psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xidmətlərinin istifadəyə verilməsi Sizin öz xalqınıza göstərdiyiniz qayğının daha bir bariz nümunəsidir.

Cənab Prezident, biz bunları görür, qiymətləndirir və bundan qürur duyuruq. Xoşbəxtik ki, Sizin kimi Prezidentimiz var. Bu xoşbəxtliyi bizə nəsib etdiyinizə görə Sizə minnətdarıq.

Möhtərəm Prezidentimiz, həmişə olduğu kimi, bu günlərdə də xalqımız Sizin yanınızdadır və əmin olun ki, heç bir qüvvə Sizə olan sədaqətimizi, inamımızı, sevgimizi sarsıda bilməz. Əminəm ki, bizim xoşbəxt və firavan həyatımız davam edəcəkdir.

Güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə fəaliyyətinizdə Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və doğmalarınıza möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

İsmayılov Xanlar İbrahim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər