Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 04 may 2020-ci il

Qurban Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 04 may 2020-ci il

 

Hörmətli cənab Prezident

Dünyanı bürüyən koronavirus pandemiyasının aradan qaldırılmasında Sizin fədakarlığınız, rəhbər kimi apardığınız müdrik siyasət və görülən tədbirlər hər bir Azərbaycan vətəndaşı kimi, məni mütəəssir etdi, ürəyimizi riqqətə gətirdi. Sizin xalqımıza qayğınızı yüksək qiymətləndiririk. Bir şair kimi öz ürək sözlərimi aşağıda yazdığım misralarla ifadə edirəm.

Belə çətin məqamda, çalışdınız Siz qoşa,
Yaşa xalqın rəhbəri, yaşa səni! Yüz yaşa.
Uzaqgörən rəhbərim, düşüncənlə-əzminlə,
Mərəzə gərdin sinə, təşəkkür gəlir yenə.
Azərbaycan xalqının, ey sevimli rəhbəri,
Yazıram misralara, bu sevincli xəbəri.
Unutmaram bir an da, söhbətini-sözünü,
Ayırmadın bir kəsdən, nəzərini-gözünü.
Dünya qalıb təşvişdə, rəhbərlər olub naçar,
Rəhbərimin əməli, cahana işıq saçar.
Duaçıdır hər zaman, sizə oba-el, hamı,
Ey Allahım sən qoru! Bizim rəhbər İlhamı!

Dərin hörmətlə,

Əliyev (Papaqçıoğlu) Qurban Hüseynoğlu, “Elin Səsi Press” ictimai-siyasi, publisist qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər