Turanə Süleymanovadan, Bakı şəhəri Binəqədi rayonu, 06 may 2020-ci il
Turanə Süleymanovadan, Bakı şəhəri Binəqədi rayonu, 06 may 2020-ci il
Hörmətli cənab Prezident
Yaşadığımız son günlər bizə ailəmizin, sevdiklərimizin sağlam canla yanımızda olmasının bizim üçün ən böyük xoşbəxtliyin olduğunu öyrətdi. Belə çətin günlərdə ailəni bir yerdə tutan, qoruyan ailə başçısıdır.
Azərbaycan xalqı böyük bir ailədir. Siz də bu gözəl ailənin qayğıkeş, mərd, düşüncəli, xalqına böyük sevgi bəsləyən başçısısınız.
Ölkəmizin Sizin kimi Prezidenti olduğu üçün qürur duyuruq. Hər ölkənin başçısı var, ancaq hər ölkənin Sizin kimi rəhbəri yoxdur. Bütün dünya bu çətin günlərdə buna bir daha şahid oldu. Nə yaxşı ki, varsınız. Bu gözəl ailəmizi qoruduğunuz, çəkdiyiniz bütün zəhmətlər üçün Azərbaycan xalqı olaraq Sizə minnətdarıq. Sizi çox sevirik. Sizə və ailənizə sağlam can, uzun ömür arzulayırıq.
Hörmətlə,
Süleymanova Turanə İlham qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu