Şriftin ölçüsü :

Saytın rəngi :

Elmira Həmidovadan, Bakı şəhəri Binəqədi rayonu, 12 may 2020-ci il

Elmira Həmidovadan, Bakı şəhəri Binəqədi rayonu, 12 may 2020-ci il
 
Hörmətli cənab Prezident

Mən bu məktubu Sizə Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğıya görə təşəkkür etmək üçün yazıram. Ukraynada yaşadığım 23 ildə Azərbaycan haqqında aldığımız məlumatlar hər zaman həqiqətə uyğun olmurdu. Azərbaycana gəldikdə ölkənin necə çiçəkləndiyini, ölkə rəhbərliyi üçün vətəndaşın rifahının ən ümdə məsələ olduğunu gördüm.

Xüsusilə koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan vətəndaşlarına göstərilən diqqət və qayğı ürəyimin dərinliklərinə qədər məni təsirləndirdi. Mən başa düşdüm ki, bir də Azərbaycandan kənarda yaşamaq istəmirəm. Həqiqətən fəxr edirəm ki, azərbaycanlıyam.

Bir daha Sizə təşəkkür edərək, səmimi qəlbdən uzun və sağlam ömür arzulayıram. Həmişə bizimlə qalın, cənab Prezident.

Hörmətlə,
Həmidova Elmira Bəxtiyar qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər