Nərgiz Verdiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 14 may 2020-ci il
Nərgiz Verdiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 14 may 2020-ci il
Möhtərəm cənab Prezident
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Texniki Humanitar Liseyin kollektivi adından Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm.
Dünyada böyük bir bəlaya çevrilən, sərhəd tanımayan koronavirus pandemiyasının yayıldığı və bəşəriyyətin bu xəstəliklə mübarizəyə qalxdığı bir dönəmdə respublikamızda bu virusun geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz tədbirlərə, atılan qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz xüsusi diqqət və qayğıya, həmçinin edilən maddi və mənəvi dəstəyə görə çox sevinirik. Epidemiyanın sürətlə yayıldığı ilk gündən etibarən Azərbaycan Sizin rəhbərliyinizlə koronavirusla mübarizədə qabaqlayıcı, düzgün, düşünülmüş, nümunəvi və sosialyönümlü tədbirlər görən dövlət seçildi. Xalqa müraciətləriniz pandemiyanın təsirinin minimuma endirilməsi və fəsadların aradan qaldırılmasına imkan yaratdı. Əminik ki, Azərbaycan xalqının qətiyyəti və həmrəyliyi, Sizin təqdirəlayiq siyasətiniz sayəsində tezliklə bu ağır sınaqdan əzm və mətanətlə çıxacağıq.
Hörmətlə,
Verdiyeva Nərgiz Məhərrəm qızı, biologiya müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu