Ömər Allahverdiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 14 may 2020-ci il
Ömər Allahverdiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 14 may 2020-ci il
Möhtərəm Prezident
Müstəqil Azərbaycan gənci bu məktubu Sizə yazmağı özümə vətəndaşlıq borcu bildim. Aztəminatlı ailələrə yardımlarınız və dəstəyiniz bir daha göstərdi ki, Siz məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi strategiyasını layiqincə davam etdirirsiniz. Ulu öndərimiz Heydər Əliyev də Azərbaycanın ən pis günlərində xalqın, millətin yanında oldu. “Tarix təkrarlanır” deyirlər. Məhz bu günlərdə Sizin Azərbaycan xalqına göstərdiyiniz qayğı bunun bariz nümunəsidir.
Bu ağır, keşməkeşli, çətin və şərəfli günlərdə ölkəmiz və xalqımız üçün gördüyünüz və görəcəyiniz bütün işlərdə Sizə güc, qüvvət, tükənməz iradə, səbir və uğurlar arzulayıram. Azərbaycan xalqı olaraq çox çətinliklər gördük və onların öhdəsindən birlikdə gəldik. “Biz birlikdə güclüyük!”, - deyərək bu çətin günlərin də öhdəsindən gələcəyik. Axı, biz azərbaycanlıyıq!
Dərin hörmət və ehtiramla,
Allahverdiyev Ömər İmran oğlu, tələbə
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu