Mina Lütfəliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 15 may 2020-ci il
Mina Lütfəliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 15 may 2020-ci il
Hörmətli cənab Prezident
Mən Sizin yürütdüyünüz siyasətinizi alqışlayıram. Azərbaycanı bir dövlət olaraq yalnız Sizin kimi Lideri ilə xoşbəxt gələcəyə doğru gedə bilər.
Bütün dünyanı COVID-19 pandemiyasının bürüdüyü bir vaxtda Sizin apardığınız siyasət nəticəsində dövlətimiz və millətimiz epidemiyadan minimum ziyanla çıxmaqdadır. İnkişaf etmiş ölkələr və qonşu dövlətlər ilə müqayisədə Azərbaycanda ölüm halları xeyli az oldu.
Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı arzu edirəm. Hər birimiz üçün unudulmaz dahi öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirəm. Var olun, cənab Prezident! Biz hər zaman Sizi dəstəkləyirik.
Hörmətlə,
Lütfəliyeva Mina Zakir qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu