Kəmalə Əliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 16 may 2020-ci il
Kəmalə Əliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 16 may 2020-ci il
Hörmətli cənab Prezident
Azərbaycan dünya dövlətləri arasında pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Ölkəmizdə COVID-19 pandemiyasının mənfi təsirinin azaldılması, xalqımızın sağlamlığının qorunması və rifahının təmin olunması üçün həyata keçirdiyiniz işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Epidemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz tədbirlər, göstərdiyiniz əvəzsiz xidmətlər təqdirəlayiqdir.
Cənab Prezident, bu çətin dövrdə Sizə və ailə üzvlərinizə cansağlığı arzu edirəm.
Hörmətlə,
Əliyeva Kəmalə Vaqif qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu