Şriftin ölçüsü :

Saytın rəngi :

2020


Hava haqqında məlumat - Xəbərdarlıq
2020-09-15

Sentyabrın 15-i axşamdan 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-08-21
Avqustun 21-i axşamdan 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri sabit keçəcəyi, şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
                                                                    
Külək: Avqustun 21-i axşamdan 24-dək Orta Xəzərdə şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər açıq dənizdə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-4.0 m, sonrakı inkişafda 6.0-8.0 m.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-08-12

Avqustun 14-15-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 15-də gündüz yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-07-20


Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Xəzər Dəniz Akvatoriyasında
Külək: iyulun 21-i axşamdan 23-dək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.5-3.5 m, sonrakı inkişafda 4.0-6.0 m.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-30

7-ci mikrorayon, S.S.Axundov kucəsi 1, 3, 40 “b”, 2 “q”, 2 “v”, 3 “a”, 3 “v”  binalarına  gedən diametri 273 mm olan orta təzyiqli xətdən ayrılan 108 mm yeraltı yararsız xəttin ləğvi ilə əlaqədar 7-ci mikrorayonun bir hissəsində və M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində 1500 abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-06-24


İyunun 25-i gündüzdən 27-si gündüzünədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 25/28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 26-sı gündüz, 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-20

M.Ə.Rəsulzadə qəsəbəsi, F.Şahbazov küçəsi 22 “A” ünvanında diametri 89 mm olan və diametri 57 mm olan yeraltı qaz xəttində yaranmış qaz sızmasının aradan qaldırılması və yeraltı qaz xəttinin bir hissəsinin ləğv olunması ilə əlaqədar 350 abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Su təchizatında yaranan fasilələr
2020-06-20
Azadlıq prospektində yerləşən 16 mərtəbəli binaların su nasosxanasında yaranmış qəza ilə əlaqədar yuxarı mərtəbələrdə yaşayan (6-cı mərtəbədən yuxarı) 150 abonentə suyun verilməsində məhdudiyyət yaranmışdır.
 
xxx
 
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-06-11

İyunun 13-14-də hava şəraitinin isti olacağı, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40°-dək, Mərkəzi-Aran rayonlarında isə 42°-dək yüksələcəyi gözlənilir.
İyunun 12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüz isti temperatur diskonfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
İyunun 13-14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40°-dək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-09

Binəqədi rayonu Alatava QPS-də "Tbilisi prospekti" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin qrafikə uyğun olaraq kipliyinin yoxlanılması ilə əlaqədar 09.06.2020-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək 6 və 9-cu mikrorayonların bir hissəsində, Xutor və Varovski yaşayış sahələrində 15700 abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-08

“Azəriqaz Layihə İnşaat" QSC tərəfindən diametri 108 mm olan orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivində 800 abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-05

Mərkəzi Seçki Komissiyasına gedən diametri 108 mm olan qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 15 min abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-06-04

İyunun 04-ü səhərdən 06-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 04-də yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5°-dək aşağı enəcək.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-03

Ayna Sultanova ölçü qovşagında əks klapanın quraşdırılması ilə əlaqədar Z.Bünyadov prospekti və S.Bəhlulzadə küçəsində 1500 abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-02

Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi döngə 3 və 11-də yararsız qaz tənzimləyicilərinin əvəz olunması ilə əlaqədar 500 abonentə qazın verilməsi dayandırılmışdır.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-06-01

9-cu mikrorayon ərazisində daşıyıcı qaz xəttlərinin kipliyinin yoxlanılması ilə əlaqədar 6 və 9-cu mikrorayonlarda və M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində 9 min abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Elektrik enerjisi təchizatında yaranan fasilələr
2020-06-01

M.Ə.Rəsulzadə qəsəbəsində transformatorda detalın sıradan çıxması ilə əlaqədar Zahid Qənbərov küçəsi, Azadlıq prospekti 7, 8 və 9 ünvanlarında 250 abonentin elektrik enerjisi ilə təchizatında fasilələr yaranmışdır.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-05-29
Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.
 
xxx
 
Elektrik enerjisi təchizatında yaranan fasilələr
2020-05-24
28 May qəsəbəsini elektrik enerjisi ilə təmin edən “Sumqayıt YGEŞ”-də qəza baş verdiyi üçün qəsəbənin 2000 abonentinin elektrik enerjisi ilə təchizatında fasilələr yaranmışdır.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-05-22
Alatava QPS-dən qidalanan Motodrom xəttində kipliyin yoxlanması ilə əlaqədar Motodrom yaşayış massivi və Biləcəri qəsəbəsinin bir hissəsində 9 min abonentə; 
7-ci mikrorayon, Dərnəgül metrosunun yanında D-325 qaz xəttində yaranmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 7-ci mikrorayon, 3126-cı məhəllə və A.Kunanbayev küçəsində 2 min abonentə qazın verilməsi dayandırılıb.
 
xxx
 
Elektrik enerjisi təchizatında yaranan fasilələr
2020-05-22
Baksol yaşayış massivində transformator məntəqəsində təmir işləri ilə əlaqədar Baksol yaşayış massivi və 7-ci mikrorayonun bir hissəsində 800 abonentə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranmışdır.
 
xxx
 
Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq
2020-05-22
Bakıda və Abşeron yarımadasında mayın 23-ü gündüzdən 24-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam, 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-05-21
7-ci mikrorayon, Dərnəgül metrosunun yanında D-325 qaz xəttində yaranmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 7-ci mikrorayon, 3126-cı məhəllədə və A.Kunanbayev küçəsində 2 min abonentə qaz təchizatının verilməsi dayandırılıb.
 
xxx
 
Qaz təchizatında yaranan fasilələr
2020-05-20
M.Rəsulzadə qəsəbəsinin Xutor yaşayış sahəsində balans sayğacının quraşdırılması ilə əlaqədar 800 abonentə qaz təchizatının verilməsi dayandırılıb.
 
xxx
Qaz təchizatında yaranan fasilələr
2020-05-18
Sərdarov QSP-dən qidalan qaz xəttinin kipliyinin yoxlanılması ilə əlaqədar Binəqədi qəsəbəsinin Mədən hissəsində, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində, Baksol yaşayış massivində, Binəqədi şosesi və Biləcəri qəsəbəsinin Ordubadi küçəsində 10 min abonentə qaz təchizatının verilməsi dayandırılıb.
 
xxx
 
Elektrik enerjisi təchizatında yaranan fasilələr
2020-05-17
Küləyin təsiri nəticəsində elektrik xəttində açilma ilə əlaqədar Binəqədi qəsəbəsində 400 nəfər abonentin və Sulutəpə yaşayış massivində 300 nəfər abonentin eletrik enerjisi ilə təchizatında məhdudiyyət yaranmışdır
 
xxx
 
Qaz təchizatında məhdudiyyət
2020-05-15
Binəqədi-Novxanı QPS d426 mm qaz xəttinin kipliyinin yoxlanılması ilə əlaqədar Binəqədi qəsəbəsi, Ramazanov, Nizami, M.Ələkbərov, Isfahani və Gülüstan küçələrinin bütün döngələrdə 8 min abonentə qaz təchizatının verilməsi dayandırılıb.
 
xxx
 
Qaz təchizatında məhdudiyyət
2020-05-12
Qaz xəttinin kipliyinin yoxlanılması ilə əlaqədar Biləcəri (Y, İmanov, Yeni yaşayış massivi), Binəqədi (Binəqədi kəndi, Vulkan dağı ərazisi) və Rəsulzadə qəsəbələrində 20 min abonentə qaz təchizatının verilməsi müvəqqəti olaraq dayandırılıb.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-05-08
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, mayın 09-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi, 10-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. 
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-05-08
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, mayın 09-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi, 10-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. 
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-04-20
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
 
xxx
 
Elektrik enerjisi təchizatında fasilə
2020-04-16
Binəqədi rayonunda Azadlıq prospekti boyunca və 8-ci mikrorayon ərazisində elektrik xəttinin zədələnməsi ilə əlaqədar enerjinin verilməsində məhdudiyyət yaranmışdır. Hazırda, təmir işləri aparılır.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-04-15
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, aprelin 16-sı səhərdən 17-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi gözlənilir.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-04-13
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, 14-15 aprel tarixlərində Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin bəzi rayonlarda arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
 
xxx
 
Hava haqqında məlumat - Xəbərdarlıq
2020-04-11
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, aprelin 12-si axşamdan 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
 
xxx
 
Qaz təchizatında məhdudiyyət
2020-04-09
Binəqədi Çənlibel QTM diametri 250 mm siyirtmənin diskləri oxdan çıxaraq siyirtmə bağlanmışdır. Təsir dairəsi 7-ci və 8-ci mkr, M.Rəsulzadə və Biləcəri qəsəbələrinin bir hissəsi.Təxminən 8000 nəfər abonenti əhatə edir. Təmir işləri 2-3 saat ərzində aparılacaqdır.
 
xxx
 
İstilik təchizatının dayandırılması
2020-04-09
Binəqədi rayonu Cavadxan küçəsi 4 saylı binanın qarşısında diametri 50 mm olan istilik xəttində qəza ilə əlaqədar Cavadxan küçəsi 4 və 5 saylı binaların istilik təchizatı dayandırılmışdır. Təxminən 350 nəfər abonenti əhatə edir.
 
xxx
 
Qaz təchizatında məhdudiyyət
2020-04-05
Xocəsən qəsəbəsi Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində (“Kola” şirkətinin qarşısı) qaz xəttində qəza baş verdiyi üçün qaz təchizatı dayandırılmışdır. Təxminən 400 abonenti əhatə edir. Hazırda qəza xidməti təmir işlərinə başlayıb.
 
xxx
 
Binəqədi rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir
2020-04-01
Rayonumuzda COVİD-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün görülən işlər çərçivəsində Rayon ərazisində fəaliyyət göstərən sahibkarlar da fəal iştirak edir.
Rayonumuzda sahibkarlıq fəaliyyəti göstərən Cəlil Nağıyev tərəfindən dezinfeksiya işlərinin daha səmərəli və mütəmadi aparılması məqsədilə 5 ədəd yeni dezinfeksiya aparatının və 5 ton təmizləyici maddənin alinmasina köməklik göstərmişdir.
Cəlil müəllimə sakinlərimizin sağlamlığının qorunmasında yaxından iştirakına görə öz təşəkkürümüzü bildiririk.
 
xxx
 
Hava haqqında məlumat
2020-03-13
Anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-sı axşamdan ikinci ongünlüyün sonunadək fasilələrlə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu bu dövr ərzində 5-8° aşağı enərək, 7-10° isti olacaq.
Martın 14-də yüksək temperatur fonunda cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.
Külək: Martın 16-sı səhərdən 17-si gündüzədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 33 m/s-dək şiddətlənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-4.0 m, sonrakı inkişafda 5.0-7.0 m.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə Açıq qapı formatında görüşü
2020-02-27
27 fevral 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən bələdiyyəsinin inzibati binasında Xocəsən qəsəbə sakinləri ilə görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Suyun verilməsində məhdudiyyət
2020-02-18
18 fevral 2020-ci il tarixində Ceyranbatan magistral su xəttində təzyiqin aşağı olması səbəbindən Biləcəri qəsəbəsinin bir hissəsində, Biləcəri- Xırdalan şosesində, Respublika DYP ətrafında, X.Məlikaslanov 4-11-ci döngələrdə, Baksol, Yeni yaşayış massivində (Məmmədoğluların ətrafı) suyun verilməsində məhdudiyyət yaranmışdır.
 
xxx
 
Qazla təchizatda məhdudiyyət
2020-02-18
Nərimanov rayonu ərazisində qaz kəmərində yaranmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 18 fevral 2020-ci il tarixində saat 14:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsində, Azadlıq prospektinin sağ hissəsində, Vorovski yaşayış sahəsində, M.Davudoğlu küçəsi və Dərnəgül yaşayış massivinin bir hissəsində (abonent sayı 7000) qaz təchizatında məhdudiyyət olacaqdır. 
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2020-02-20
20 fevral 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Mərkəzi Mədəniyyət Evində Biləcəri qəsəbə sakinləri ilə görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2020-02-13
13 fevral 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 300 saylı tam orta məktəbin akt zalında Biləcəri qəsəbə sakinləri ilə görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə Açıq qapı formatında görüşü
2020-02-06
06 fevral 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 246 saylı məktəb-liseydə 2 saylı SİƏD-in sakinləri ilə görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2020-01-30
30 yanvar 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 100 saylı tam orta məktəbin akt zalında M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə Açıq qapı formatında görüşü
2020-01-23
23 yanvar 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri bələdiyyəsinin inzibati binasında Biləcəri qəsəbə sakinləri ilə Açıq qapı formatında görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2020-01-16
16 yanvar 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 144 saylı tam orta məktəbin akt zalında 9-cu mikrorayon sakinləri ilə görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.
 
xxx
 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə Açıq qapı formatında görüşü
2020-01-09
9 yanvar 2020-ci il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 102 saylı MKİS-in inzibati binasında 1 saylı SİƏD-in sakinləri ilə Açıq qapı formatında görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

 

Keçidlər