Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Hüseynli və Zəhra Hüseynzadədən, Bakı şəhəri Binəqədi rayonu, 28 may 2020-ci il

Əli Hüseynli və Zəhra Hüseynzadədən, Bakı şəhəri Binəqədi rayonu, 28 may 2020-ci il
 
Möhtərəm cənab Prezident

Mənim 12 yaşım var. Mən və 7 yaşlı bacım Zəhra vətənpərvər uşaqlar olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Dünyada sürətlə yayılan koronavirus pandemiyasının Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, vaxtında verdiyiniz qərarlar, Fərman və Sərəncamlar nəticəsində ölkəmizdə sabitlik qorunmaqdadır.

Hörmətli cənab Prezident, Sizin ölkəmizdə şəhid ailələrinə olan yüksək münasibətiniz biz gənclər üçün örnəkdir. Biz də "Ana Vətən" qrupu olaraq, şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirib, onlara mənəvi dəstək oluruq. Xalqımızın rifahının yaxşılaşdırılması, daha yaxşı yaşaması üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayırıq.

Cənab Prezident, bir daha Sizə dərin minnətdarlığımızı bildirir, bu çətin mübarizədə yeni uğurlar arzulayırıq. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,
Hüseynli Əli Rasim oğlu

Hüseynzadə Zəhra Rasim qızı

"Ana Vətən" qrupunun üzvləri

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər