Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayar Məmmədov və Telman Abdullayevdən, Bakı şəhəri Binəqədi rayonu, 16 iyun 2020-ci il

Ağayar Məmmədov və Telman Abdullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident

Diqqət və qayğınız nəticəsində Binəqədi rayonu Xocasən qəsəbəsinin siması gündən-günə dəyişir. Qəsəbənin yollarının böyük əksəriyyətinə asfalt örtüyü çəkilib. Hazırda qəsəbənin yeni salınmış məhəllələrinin ayrı-ayrı küçələrində yenidənqurma işləri davam edir. Bu günlərdə rayonumuzun qəsəbələrində avtomobil yollarının yenidən qurulmasının davam etdirilməsi məqsədilə ayırdığınız maliyyə vəsaiti bir daha sübut edir ki, vətəndaşların rifahı daim Sizin diqqətinizdədir. Biz vətəndaşlar üçün çəkdiyiniz zəhmətə, insanların rifahı üçün gecə-gündüz yorulmadan çalışdığınıza görə bütün Xocasən əhalisi adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,
Məmmədov Ağayar, Xocasən Ağsaqqallar Şurasının sədri

Telman Abdullayev, qəsəbənin axundu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi
Keçidlər