Aslan Aslanovdan, Bakı şəhəri Binəqədi rayonu, 16 iyul 2020-ci il
Aslan Aslanovdan, Bakı, AzərbaycanMöhtərəm Prezident, cənab Ali Baş Komandan.
Təəssüflər olsun ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda, ermənilər öz çirkin və mənfur əməllərini davam etdirərək, Tovuz rayonu istiqamətində mövqelərimizə hücum etmişdir. Bu hadisə hər kəs kimi, biz gəncləri də hiddətləndirmiş və sarsıtmışdır. Lakin, ordumuzun günbəgün artan gücü, maddi-texniki bazası, əsgər-zabit heyətinin peşəkarlığı və təbii ki, Sizə olan inamımız biz gənclərdə böyük ruh yüksəkliyi yaradır. Mən inanıram ki, şanlı ordumuz Sizin rəhbərliyinizlə düşməni qısa müddətdə məğlub edib, bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandıracaqdır. Azərbaycan gəncləri Sizin döyüş əmrinizi gözləyir. Mən də bir Azərbaycan gənci, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü olaraq əsgərlərimizlə birgə düşmənə qarşı çiyin-çiyinə döyüşməyə hazıram. Tanrı xalqımızı qorusun.
Hörmətlə,
Aslanov Aslan Ziya oğlu
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.