Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 17 iyul 2020-ci il

İlqar Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident

Biz erməni faşizmi üzərində Sizin rəhbərliyinizlə qələbə qazanacağımıza, itirilmiş topaqlarımızı geri qaytaracağımıza, ərazi bütövlüyümüzü təmin edəcəyimizə əminik. Bu müqəddəs işdə bütün xalqımız Sizin yanınızdadır.

Mən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdikdən sonra bir müddət hərbi komissarlıq sistemində işləmişəm. Ehtiyatda olan kapitanam. Tovuz rayonu ərazisində dövlət sərhədlərimizə edilən təxribat məni də hiddətləndirdi. Mən də orduya yazılaraq Vətənimizin müdafiəsində iştirak etmək istəyirəm.

Qarabağda bayrağımızın dalğalanacağı gün uzaqda deyil, cənab Prezident.

Hörmətlə,
Əliyev İlqar Əlihüseyn oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər