Şriftin ölçüsü :

Saytın rəngi :

Rüfət Rəşidovdan, Bakı şəhəri Binəqədi rayonu, 20 iyul 2020-ci il

Rüfət Rəşidovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan

Bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını qətiyyətlə alan Azərbaycan Ordusunun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə iştirak edən bütün hərbçiləri dəstəkləyirəm. Sizin Azərbaycan Ordusuna verdiyiniz dəstək əvəzedilməzdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavab verə bilir. Biz həm Aprel döyüşlərində, həm də bu gün Tovuz bölgəsində baş verən erməni təxribatının qarşısının alınmasına şahid olduq.

Rəşadətli, qüdrətli Azərbaycan Ordusu istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək gücündədir. Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işıqlarını görürük. Əminəm ki, Cocuq Mərcanlıda, Lələtəpədə yaşanan o böyük qələbənin davamını yaxın vaxtlarda Şuşada, Xankəndidə və başqa işğal olunmuş ərazilərimizdə görəcəyik.

Cənab Ali Baş Komandan, Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Çünki onun Sizin kimi Prezidenti və Ali Baş Komandanı var. Biz Sizin iradənizə güvənirik və Sizin kimi Prezidentlə qürur duyuruq. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.

Dərin hörmətlə,
Rəşidov Rüfət Əli oğlu
Ehtiyatda olan mayor

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər