Şriftin ölçüsü :

Saytın rəngi :

Vüsalə Fətullayevadan, Bakı şəhəri Binəqədi rayonu, 21 iyul 2020-ci il

Vüsalə Fətullayevadan, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan

Son bir neçə gündə cəbhə xəttində baş verən hadisələrdən, ordumuzun düşmənə verdiyi layiqli cavabdan sonra Azərbaycanda Ali Baş Komandan-xalq, ön və arxa cəbhə arasındakı birlik və həmrəylik bir daha öz təsdiqini tapdı. Biz bir xalq olaraq hər zaman Sizin yanınızdayıq. Mən də bir vətəndaş olaraq, eyni zamanda, Yeni Azərbaycan Partiyasının könüllüsü, fəalı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçmişəm. Könüllü olaraq Vətənimə və ordumuza əlimdən gələn hər bir dəstəyi etməyə hazıram. Vətənimizi qorumaq hər birimizin borcudur. Hər şey Vətən üçün. Hər birimiz əsgərik. Biz birlikdə güclüyük.

Hörmətlə,
Fətullayeva Vüsalə Asif qızı

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura üzvü və fəalı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər