Şriftin ölçüsü :

Saytın rəngi :

Sevil Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 19 oktyabr 2020-ci il

 
Hörmətli cənab Ali Baş Komandan
 
Sizinlə fəxr edirik. Şanlı Ordumuzun qələbə xəbərlərini bizə çatdırdığınız və bizə sevinc hissləri yaşatdığınız üçün Sizə təşəkkür edirik. Bu çətin, lakin şərəfli yolda Sizə və bütün əsgərlərimizə daha böyük uğurlar arzulayıram. Sizinlə qürur duyuruq.
 
Allah Sizi hər zaman xalqımızın başında var eləsin, İnşallah! Allah qəhrəman Ordumuzu var eləsin, canları sağ olsun!
 
Sizin bu şüarınız dilimizdən düşmür: “Qarabağ Azərbaycandır!”
 
Hörmətlə,
 
Quliyeva Sevil Kamal qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər