İcra Hakimiyyəti
İH başçısının müavinləri
Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-1993-cü illərdə orta məktəbə getmişdir. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmış, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilmişdir. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 157 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, 08 aprel 2024-cü il tarixli 59 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.
Ailəlidir, iki övladı var.
Sevinc Məhəmməd qızı Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1982-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 № li tam orta məktəbdə təhsil almışdır. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlamış, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam etmişdir. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2020-ci il tarixli 104 saylı Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.