Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Milli qəhrəman, Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə məktəblilərin növbəti görüşü keçirildi

25 noyabr 2016 | 11:00

Noyabrın 24-də 244 nömrəli orta məktəbdə hərbi- vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və Azərbaycançılıq məfkurəsinin təbliği mövzularına həsr olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Azərbaycan Respublikasının Milli Qəhrəman Zabit Quliyev, Respublika “Qarabağ müharibəsi Veteranları, Şəhid ailələri və Əlilləri” İctimai birliyinin sədr müavini, Binəqədi, Nizami və Xətai rayon təşkilatlarının sədrləri, “Milli Qəhrəmanları Tanıtma” İB-nin, “Əfqanıstan Müharibəsi Veteranları” Cəmiyyətinin, “Xocalı Soyqrımını Tanıtma” İB-nin rayon təşkilatlarının sədrləri və məktəbin müəllim-şagird kollektivi iştirak etdi.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Yəhya Abbasov qonaqları təqdim etdikdən sonra sözü Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənova verdi. Natiq tədbirin mahiyyəti və önəmi barədə iştirakçılara məlumat verdikdən sonra söz “Qarabağ Müharibəsi Veteranları, Şəhid ailələri və Əlilləri” İctimai birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadəyə verildi. Təşkilat sədrinin hesabat xarakterli çıxışından sonra ictimai-siyasi fəallıqlarına görə bir qrup şəxsə Respublika “Qarabağ Müharibəsi Veteranları, Şəhid ailələri və Əlilləri” İctimai birliyinin təsis etdiyi “Vətən naminə” medalı təqdim olundu.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra məktəbin istedadlı şagirdlərinin ifasında vətənpərvərlik hisslərini tərənnüm edən şer və musiqi nömrələri ifa olundu.

Keçidlər