Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda təhsil alan bir qrup gəncin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil olundu

09 dekabr 2016 | 11:00

Dekabrın 9-da Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində Binəqədi rayonunda təhsil alan bir qrup gəncin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil edildi.
Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi məqsədilə təşkil olunan ekskursiya zamanı gənclərimiz Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif fakültə və kafedralarda – Quru qoşunları, Hərbi hava qüvvələri, Hava hücumundan müdafiə, Hərbi dəniz qüvvələri fakültələri, Ümumi hazırlıq fənləri kafedraları – ürəyi vətən, millət, bayraq sevgisi ilə dolu, hərbiçi peşəsinin dəyərlərinə və müasir dövrün tələblərinə uyğun keyfiyyətdə kadr hazırlanması üçün yaradılan şəraitlə yaxından tanış olmaq imkanı əldə ediblər. 
Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda göstərdikləri qəhrəmanlıqlar haqqında məlumatlandırılan gənclərimiz ekskursiyadan böyük təəssüratla qayıtdılar.

Keçidlər