Qəhrəmanlar unudulmur
2013-cü il aprelin 1-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Qəmbər oğlu Hümbətovun anım mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə milli qəhrəmanın abidəsi önünə əklil və gül-çiçək dəstələri düzərək F.Hümbətovun, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların ruhu bir dəqiqəlik sükutla yad edirlər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək qəhrəman adını qazananlara, canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə bu gün dövlət və dövlət rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Digər çıxış edənlər - “Azərbaycan Respublikasının “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, qəhrəmanın müəllimi olmuş 99 saylı tam orta məktəbin tarix müəllimi Sayad Rəfiyev, anası Salatın Hümbətova Fərhad Hümbətovun qısa, lakin mənalı, şərəfli həyat yolundan danışaraq, belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər.
Tədbir 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.