Son həftə aparılan abadlıq-quruculuq işləri haqqında
Həftə ərzində (8-13 aprel) rayon ərazisindəümumilikdə 101ünvanda su axıntıları olan boruların və 1 nasosxananın təmiri aparılıb, 115 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
TM-256-da zədələnmiş SİP dayağı dəyişdirilib, TM-18-TM-21 arası 6 kv-luq zədələnmiş kabel bərpa olunub. TM-15-də əsaslı təmir üçün yeni KTM quraşdırılıb.
9-cu mikrorayon M.Cəlal 143 saylı binanın elektrik təchizatı yenidən qurulub. Kabel AVVQ-1 4x35mm 340 p/m və 1ədəd paylayıcı lövhə dəyişdirilib, 7-ci mikrorayon TM-487-dən qidalanan 0,4 kv-luq AVVQ-1 4x120mm 126 p/m kabel yenisi ilə əvəz olunub.
8-ci mikrorayon 567 saylı TM-in fasadı əsaslı təmir olunub.
Binəqədi QİS ərazisində 1935 p/m qaz xətti çəkilib, 8415 p/m qaz xətti boyanıb, 707 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
Dərnəgül metrosunun ərazisində 450-yə yaxın ağac əkilib.
7-ci mikrorayon 1q saylı binada d-25mm 2 p/m boru dik dayaqlarda bərpa olunub. 8-ci mikrorayon 2 və 7 saylı binaların dik dayaqlarında d-25mm 13,5 p/m boru bərpa edilib. 9-cu mikrorayon 3, 8, 139 saylı binaların aşağı paylama xəttində d-100mm 6,4 p/m, d-50mm 9 p/m, boru bərpa edilib, 221, 230, 231, 254, 337, 338 və 340 saylı qazanxanalarda profilaktik təmir və təmizləmə işləri aparılıb.
253 saylı qazanxanada 2-ci şəbəkə nasosu təmir edilib.
A.Kunanbayev 9/25 saylı binanın yeni parkın tikintisi sona çatdırılıb, yeni salınmış parklarda 14 ədəd oturacaq, 16 ədəd urna qoyulub.
F.Məlikov küçəsi 3a, S.S.Axundov 40 və Azadlıq prospekti 16, 20, 26, 22, N.Nərimanov 19 saylı binaların həyətində 4100 m2 asfalt örtüyü çəkilib. 29 p/m kanalizasiya və 31 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
9-cu mikrorayonda 70 ədəd yeni işıq dirəkləri quraşdırılıb.