Şriftin ölçüsü :

Saytın rəngi :

Xocasən-Biləcəri-Binəqədi yolunda asfaltlanma işləri davam etdirilir

28 fevral 2017 | 11:00

Xocasən-Biləcəri-Binəqədi yolunda, 4 saylı Evtikmə Kombinatının qarşısında asfaltlanma işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən həyata keçirilən işlərin Biləcəri qəsəbəsinə qədər olan məsafəsində həftəsonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Eyni zamanda avtomobil yolunun tikintisi zamanı yeraltı kommunukasiya xətləri dəyişdirilib, yeniləri ilə əvəz olunub. Belə ki, bu günə qədər aparılan işlər nəticəsində 600 mm-lik kanalizasiya kollektoru, 300 mm-lik kanalizasiya xətti çəkilib, polietilen borularla qaz xətləri dəyişdirilib.

Keçidlər