Şriftin ölçüsü :

Saytın rəngi :

Lider ol, Liderlərə qoşul! – Elan

25 fevral 2014 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti 22-26 mart 2014-cü il tarixlərində Novxanı “Af Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzində Binəqədi rayonundan (qeydiyyatı və ya faktiki yaşayış) olan tələbələr üçün “Binəqədi Gənclərinin I Liderlik Məclisi” təşkil edir. Liderlik Məclisində iştirak etmək istəyənlər 10 mart 2014-cü il tarixədək ərizə formasını doldurub binegedi.liderlikmeclisi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər. Ərizə formasını Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən yükləyə bilərsiniz (/page/71.html ).

Liderlik Məclisində Sizi gözləyir:

  • Beynəlxalq sertifikatlı təlimçilər tərəfindən aparılan təlimlər;
  • İntellektual oyunlar;
  • Əyləncə;
  • Yeni dostlar;
  • Qiymətli hədiyyələr və s.

Əlavə məlumat üçün, 562 48 32 (daxili: 545) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

Keçidlər