“Ekologiyanın qorunması hər birimizin borcudur” mövzusunda seminar keçirildi
2012-ci il dekabrın 18-də Binəqədi rayonu 3 saylı tam orta məktəbdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Təbiət elmləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ekologiyanın qorunması hər birimizin borcudur” mövzusunda seminar keçirildi.
Tədbirin keçirilməsində yaradılan şəraitə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirən Gənclər və İdman İdarəsinin əməkdaşı Şahmar Tağıyev bu cür tədbirlərin keçirilməsinin yeniyetmə və gənclərin tərbiyəsində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı və hazırda ekoloji problem nəinki respublikamızın, hətta dünyanın qlobal problemlərindən birinə çevrildiyini qeyd etdi.
Sonra çıxış edən “Təbiət elmləri” İctimai Birliyinin sədr müavini Ramil Rüstəmov ekologiyanın qorunmasının hər birimizdən asılı olduğunu vurğulayaraq, ekoloji sistemdən, insanın ekologiyaya vurduğu ziyandan və bunun qarşılığında insanın özünə dəyən ziyandan danışdı.
Daha sonra qədim tarixə malik olan canlıların eksponatları nümayiş etdirildi. Nümayiş zamanı İctimai Birliyin üzvü Savalan Məmmədli iştirakçılara hər bir eksponat haqqında ətraflı məlumat verdi.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.