Naxçıvani küçəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi.
2012-ci il dekabrın 21-də 8-ci mikrorayon, Naxçivani küçəsi, 276 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcar Hakimiyyətinin başçısı ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri və 250 nəfər sakin iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
Mikrorayon sakinlərindən – Orduxanova Zərifə, Məmmədov Zaur, Zeynalova Şəfiqə, Eyvazov İntiqam, Əhmədov Ziyafət, Qurbanov Mahmud, Əkbərov Cavanşir, Yusifova Gülçöhrə, Nəcəfov Ənvər və başqaları çıxış edərək qəsəbədə və yaşadıqları binalarda mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.