Şriftin ölçüsü :

Saytın rəngi :

219 saylı uşaq bağçasının əsaslı təmirdən sonra açılışı oldu

25 dekabr 2012 | 11:00

24 dekabr 2012-ci il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85 ünvanında yerləşən 219 saylı uşaq bağçasının təmirdən sonra açılışı oldu.
1980-ci ildən fəaliyyət göstərən ikimərtəbəli uşaq bağçası 120 nəfər uşaq üçün nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına əsasən 2012-ci ilin iyun ayında təmirə bağlanmış bağçanın binası müasir standartlara uyğun tamamilə yenidən qurulub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdi.
 

Keçidlər