Gənclər mükafatlandırıldı
2012-ci il dekabrın 21-də Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Elite” Ticarət və Əyləncə Mərkəzinin “SF” Əyləncə Mərkəzində 2012-ci ilin yekunları və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə il ərzində fərqlənmiş bir qrup gəncin mükafatlandırılması mərasimi və əyləncəli tədbir keçirildi.
Tədbirin aparıcısı İsmayıl İsmayılov tədbiri açıq elan edərək sözü Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramova verdi. Tədbir iştirakçılarını Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən idarə rəisi bu günün çox əlamətdar bir gün olduğunu vurğuladı. Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Aqşin Hüseyni, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəmsi Gülverdiyev və başqaları da tədbir iştirakçılarına öz təbriklərini çatdırdılar.
Daha sonra il ərzində fərqlənmiş bir qrup gəncin mükafatlandırılması mərasimi keçirildi.
Mükafatlandırmadan sonra tədbirin bədii hissəsi başladı.