Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində məhəllə, küçə və parklarda abadlıq işləri aparılıb

26 aprel 2025 | 12:07

Binəqədi  rayonu  ərazisində məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində aparılan  növbəti abadlıq-quruculuq işləri çərçivəsində rayonun 8-ci mikrorayon, N.Nərimanov  küçəsi 21 saylı binanın qarşısındakı həyətdə abadlıq  işləri aparılmışdır.

Binanın həyətyanı sahəsinə qazon örtüyü döşənmiş, ağaç və gül kolları əkilmiş,   yaşılıqları suvarmaq üçün suvarma xətləri çəkilmiş, bardürlər düzülərək yeni səkilər yaradılmış, ərazidə asfaltlaşma işləri aparılmış, urnalar quraşdırılmışdır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər