Rayonunun Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin yaxınlığında abadlıq işləri həyata keçirildi
19 iyun 2026 | 07:57
Binəqədi rayonu ərazisində məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində aparılan növbəti abadlıq-quruculuq işləri çərçivəsində rayonunun Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin yaxınlığında sakinlərin istirahətini təmin etmək məqsədilə salınan parkda piyada zolaqlarına asfalt örtüyü vurulmuş, yaşıllıq zolaqlarında, uşaq əyləncə guşələrində təmizlik işləri aparılmış, yararsız hala düşmüş əyləncə elementləri, oturacaqlar bərpa edilmişdir.









