RİH başçısı Aparatında verilmiş tapşırıqların icrası istiqamətində icra intizamına nəzarətin yüksəldilməsi məqsədi ilə müşavirə keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında əməkdaşlar tərəfindən icra intizamına nəzarətin yüksəldilməsi məqsədi ilə növbəti toplantı keçirildi. Toplantıda RİH başçısının birinci müavini Hacıbaba Babayev, RİH başçısının müavini – etik müvəkkil Sevinc Süleymanova, RİH bsşçısı Aparatının və tabeli qurumların məsul əməkdaşları iştirak etdilər.
RİH başçısının müavini H.Babayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, fərman və sərəncamlarla təsdiq etdiyi dövlət proqramlarına, fəaliyyət və tədbirlər planlarına uyğun olaraq prioritet istiqamətlər kimi ölkəmizdə davamlı şəkildə aparılan sosial-iqtisadi islahatlar, həyata keçirilən infrastruktur layihələri çərçivəsində görülən işlər barədə danışdı. O bildirdi ki, imzalanmış sənədlərdən göründüyü kimi qarşıda qoyulan məqsədlərin həyata keçirilməsində bütün mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslər, yerli özünüidarəetmə orqanları və digər dövlət qurumları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının da üzərinə böyük məsuliyyət düşür. Belə ki, ölkə rəhbəri tərəfindəm imzalanmış fərman və sərəncamlara, təsdiq edilmiş dövlət proqramlarına uyğun olaraq, Binəqədi rayonu üçün də xarakterik məsələlərlə bağlı tapşırıqlar verilmişdir.
Aparılmış təhlillər göstərir ki, icra intizamına əməl olunmaqla qaldırılan məsələlərin icrasına Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məsuliyyətlə yanaşılmış, tapşırıqlar üzrə əsas icraçı kimi müəyyən edilmiş dövlət orqanlarının və digər aidiyyatı qurumların nümayəndələri də cəlb edilməklə icra prosedurunun həyata keçirilməsi istiqamətində zəruri işlər görülmüş, eyni zamanda, aidiyyatı qurumlara müvafiq təkliflərə dair mücaiətlər ünvanlanmışdır. Bunun nəticəsində, rayonun qəsəbə və mikrorayonlarında rayon təsərrüfatında mövcud olan problemlərin aradan qaldırılması, kommunal xidmətlər sahəsində əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması, əhalinin asudə vaxtlarını səmərəli keçirməsi və mədəni istirahətinin təşkili, yeni abad məhəllələrin salınması, ərazilərdən məişət tullantılarının sistemli şəkildə mütəmadi daşınması, yaşıllıq sahələrinin salınması, məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərin həll edilməsi istiqamətində zəruri tədbirlərin həyatra keçirilməsi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının yenidən qurulması, əsaslı təmiri və yeni korpuslarıln tikintisi, qəsəbələrarası avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və s. istiqamətlərdə xeyli müsbət səciyyəli işlər görülmüşdür. Qeyd edilənlərlə yanaşı, rayonda müsbət həllini tapmayan bir sıra problemli sahələr mövcuddur ki, bu da verilmiş tapşırıqların müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi kimi xarakterizə olunur.
Daha sonra, H.Babayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2006-cı il tarixli 472 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, verilən tapşırıqların icrasına nəzarət mexanizmi gücləndirilməli, məsul şəxslərin koordinasiyalı fəaliyyəti davam etdirilməlidir.
RİH başçısının müavini – etik müvəkkil Sevinc Süleymanova cıxış edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılmış “Dövlət Nəzarəti İnformasiya Sistemi” üzərindən verilmiş tapşırıqların icra vəziyyəti barədə cari dövrə olan hesabata əsasən müsbət dinamika olmasını vurğuladı. Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların, təsdiq edilmiş dövlət proqramlarının, milli fəaliyyət planlarının və digər tapşırıqların RİH başçısı Aparatında mövcud icra vəziyyəti, həmçinin, tapşırıqların icrası zamanı yaranmış problemlərin aradan qaldırılması ilə bağlı təkliflər müzakirə olundu.
RİH başçısı Aparatında icra intizamına nəzarətin yüksəldilməsi məqsədi ilə Aparatına aidiyyəti struktur bölmələrinin rəhbərlərinə bir sıra tapşırıqlar verildi (tapşırıqların vaxtında və tam icrasına nəzarəti təmin etsinlər; DNİS üzərindən verilmiş tapşırıqları diqqətlə araşdırılıb müzakirə etsinlər, həmçinin, icra intizamına uyğun olaraq müəyyən edilmiş icra müddəti gecikdirilmədən onların həlli istiqamətində görüləcək işlərə nəzarətin gücləndirilməsini təmin etsinlər; icra intizamının təmin olunması məqsədi ilə verilmiş tapşırıqların icrası ilə bağlı qanunvericiliyə uyğun digər tələblərə əməl etsinlər və s.).
Binəqədi Rayon İcra Hakimiyyətinin 2023-2025-ci illər üzrə fəaliyyətinin səmərəlilik göstəriciləri üzrə hesabatı iştirakçıların diqqətinə çatdırıldı və müzakirələr aparıldı.
Hesabata keçird linki:
http://binegedi-ih.gov.az/az/page/2025-ci-il-yanvar-oktyabr.html









