Şriftin ölçüsü :

Saytın rəngi :

Su və kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası ilə bağlı həyata keçirilən işlər

10 iyul 2025 | 17:58

Sakinlərin nəzərinə!

Məlumat üçün bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə (“Su və kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası haqqında”) Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən Binəqədi qəsəbəsi, Mədən 1 korpus 5 ünvanında “Mənzil İnşaatı Dövlət Agentliyi” MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinə su və kanalizasiya xətlərinin çəkilməsi məqsədi ilə müvafiq işlər aparılır. Sərəncamın icrası aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir. Həyata keçirilən işlərlə bağlı “MİDA” MMC-nin rəsmi səhifəsində məlumat yerləşdirilmişdir (https://mida.gov.az/layihe/300011)

Keçidlər