Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlər - Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nin 54-cü maddəsinin tələbləri nəzərə alınmaqla; Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər: 1. Hər iki valideyn tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə; 2. Uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti; 3. Nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti; 4. Valideynlərin şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq edilmiş surəti; 5. Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə); 6. Təhsil müəssisəsinin arayışı; 7. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi. Qeyd: RİH-in rəsmi internet səhifəsi üzərindən dövlət xidmətlərinə keçid və ərizə formaları ilə tanış olma imkanı təmin edilmişdir. |
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyevə ______________________________ünvanda yaşayan (vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)____________________________________tərəfindən (soyadı, adı, atasının adı)
Ə R İ Z Ə Sizdən xahiş edirəm ki, ___________________oğlum (qızım) (uşağın təvəllüdü)______________________________ _________________ (uşağın soyadı, adı, atasının adı) (üzürlü səbəblər)___________________________adının (və, və ya soyadının) dəyişdirilərək, doğum haqqında şəhadətnaməsinin ad (və, və ya soyad) qrafasında _______________________________ (uşağın yeni adı və və ya soyadı)yazılmasına dair müvafiq qərar qəbul edəsiniz. İmza:Tarix:
|