On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər:
Tələb olunan sənədlər:
- Himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
- Himayəçi üçün yaşayış yerindən 2 saylı forma arayış
- Yetkinlik yaşına çatmayanın razılıq ərizəsi
- Himayəyə götürülən şəxsin valideynlərinin surəti
- Himayəçi adından İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə
- Himayəçinin tərcümeyi-halı
- Himayəyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq ərizələri
- Himayəyə götürənin nikah haqqında şəhadətnaməsinin surəti
- Himayəyə götürülənin təhsil alması barədə arayış
- Himayəçi üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə (işləyirsə)
- Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti
- Himayəyə götürülən şəxsin valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə qətnamənin surəti
- Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
- Himayəyə götürülən şəxsin valideynlərinin ölüm haqqında şəhadətnamənin surəti
- Himayəyə götürülənin şəxsiyyət vəsiqəsinin surəti
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə
___________________________________________
(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)
yaşayan ____________________________________
(soyadı, adı, atasının adı)
tərəfindən
tel.: __________________
Ə R İ Z Ə
Yazıb Sizdən xahiş edirəm ki, __________________ təvəllüdlü _______________________ üzərində himayəçi
(uşağın təvəllüdü) (uşağın soyadı, adı, atasının adı)
təyin edilməyimə dair müvafiq qərar qəbul edəsiniz.
İmza:
Tarix: